İstanbul su altında - FOTOLAR

HADİSƏ
10:51 28.06.2018
3845

Türkiyənin İstanbul şəhərində gecə saatlarında yağan güclü yağış bir çox problemlərə yol açıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, yolları su basması nəticəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yolda qalan insanlara xilasedicilər kömək ediblər.

Kanalizasiya sistemləri daşdığı üçün bəzi ev və iş yerlərini də su basıb.

 

Bəzi ərazilərdə güclü külək ağacları aşırıb.

Həmçinin hava şəraiti səbəbindən Atatürk hava limanında bütün reyslər təxirə salınıb.






OXŞAR XƏBƏRLƏR