İstanbul üçün sunami təhlükəsi – Mütəxəssis danışdı

İstanbul üçün sunami təhlükəsi – Mütəxəssis danışdı
DÜNYA
13:39 30.03.2023
204
ODTÜ və İstanbul Universiteti - Cerrahpaşa Universiteti ilə əməkdaşlıqda İstanbulda 7-dən yuxarı ola biləcək zəlzələnin baş verməsi halında çökmə nəticəsində meydana gələcək sunami ssenarisi hazırlanıb. Ssenaridə ən çox təsirlənəcək regionlara da diqqət çəkilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulu gözləyən 7,5 bal gücündə zəlzələnin sunamiyə səbəb olma ehtimalı ilə bağlı yeni bir araşdırma aparılıb.

1509-cu ildəki Böyük İstanbul zəlzələsindən sonra hesablamalar aparan mütəxəssislər zəlzələdən sonra Çınarcık və Kumburgaz sahillərində uzunluğu 120 kilometr, eni 20 kilometr, uzunluğu isə təxminən 3 metr olan çökmənin olacağını qeyd etdilər.

İstanbul Universiteti -Cərrahpaşa Geologiya Mühəndisliyi Bölümü başçısı Hüseyn Öztürk deyib:

"Bütün göllər aktiv fay üzərindədir. Hər 500 ildən bir 7,5 ballıq bir qırılma gözləyirik. Mümkündür ki, su axını olacaq. Zəlzələ ilə böyük bir su çəkilişi olacaq. Çünki Çınarcık və Büyükadanın ortasında çökmə olacaq. Ortası çökəndə su hortumlanacaq, bu kiçik bir çökmə deyil. Uzunluğu 120 kilometr, eni 20 kilometr və uzunluğu təqribən 3 metr olan çökmədən söhbət gedir. Simmetrik çökərsə, bu belədir. Amma asimmetrik çökərsə, daha pis olar”.

Haliç körfəzinin daha çox təsirlənəcəyini bildirən Prof. Dr. Hüseyn Öztürk "Bu günə qədər ODTÜ-də müəllimimiz Ahmet Cevdet Yalçınerlə birlikdə torpaq sürüşmələri ilə əlaqədar sunami modelinə qarşı "Çökülən sunami olsa nə olar?” modelini hazırladıq. Mərmərə dənizində fəlakət reaksiyasını xaotik edir”, - deyə bildirib.

ODTÜ Sahil və Dəniz Mühəndisliyi Araşdırma Mərkəzinin rəhbəri professor Dr. Ahmet Cevdet isə açıqlamasında "Mərmərədə indiyə qədər müxtəlif sunami ssenariləri nəzərdən keçirilib. Bunların bəziləri seysmik və ya qırılmalar və zəlzələlər nəticəsində yarana biləcək sürüşmə ilə baş verə biləcək bir ssenaridir”, - deyə bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR