Azərbaycanda plastik cərrahla bağlı etiraflar - Xəstələrin dilindən

Azərbaycanda plastik cərrahla bağlı etiraflar - Xəstələrin dilindən
SOSİAL
15:49 09.12.2016
1013

 

"Güzgünü əlimə alanda gördum ki......

"Mən burun əməliyyatı keçirdim. Burnumun görünüşü mənim ürəyimi heç açmadı. Burnum əvvəlkindən də pis oldu. Güzgüyə baxmaq heç istəmirdim. Tanışlarım məni məzəmmət edirdi. Bu əməliyyatdan sonra həkimlərə olan güvənim itdi.”- Bu sözləri bizə burnundan əməliyyat olunmuş, ixtisasca tibb bacısı olan pasient Afaq Süleymanova danışdı.

Aparılan burun əməliyyatından sonra depressiyaya düşən Afaq xanım bizə daha sonra bunları bildirdi:


"Günlərin birində mən işlədiyim klinikaya Dr.Məzahir Quliyev gəldi. O, daha çox Estetik burun əməliyyatlarıedirdi. Onun etdiyi əməliyyatlara baxıb nəticələrini izləməyə başladim. O hətta bir-neçə tanıdığım adamları da əməliyyat etdi. Nəhayət mən də öz qərarımı verdim və doktor Məzahir Quliyevlə əməliyyat olunmaq barədə danışdım. Burnumun əməliyyatdan sonra necə olacağı, hansı istəklərimin olduğunu onunla bölüşdük. Elə hər şey də əməliyyat günü və ondan sonra baş verdi. Gözləmirdim bunu. Doğrusu olanlardan heyrətə gəldim. Güzgünü əlimə alıb baxanda gördüklərimə inanmadım.”


Bəli, doğurdan da doktor Məzahir Quliyev və həmin tibbi bacısı, pasient Afaq xanımla bağlı elə hər şey bundan sonra oldu. Xəstə əməliyyatdan 3 saat sonra palatada ayılanda dərhal güzgü istəyib. Baxanda görüb ki, əvvəlki burun əməliyyatından sonra burnunda rast gəldiyi şişkinlik, göyərmə yoxdur. Özünü gümrah və rahat hiss edir. Hətta Afaq xanım əməliyyatdan sonra qeyri-adi hadisə ilə üzləşib.


... Əməliyyat blokuna təcili gətirilmiş ağır xəstənin əməliyyatına, həftə sonu olduğundan ehtiyac olan anesteziya tibb bacısı yerinə özüm qatıldım. 2 saat sürən əməliyyatın sonuna qədər iştirak etdim və əməliyyat sonrası özümü çox rahat hiss etdiyim üçün bir başa evə getdim.


Adətən burun əməliyyatlarından sonra üzdə, göz ətrafında bir neçə gün göyərmə və şişkinlik olur. Xəstədə müəyyən diskomfort, halsızlıq olur.
Maraqlıdır, görəsən bəs Məzahir həkimin etdiyi bu əməliyyatın sirri nədə idi ki, etdiyi rinoplastika əməliyyatından sonra burun nahiyyəsində şişkinlik və göyərmə olmayıb? Pasient elə əməliyyat günü özünü gümrah hiss edərək evə gedə bilib. Normal əmək fəaliyyətinə isə bir-neçə gün içərisində qayıtmaq olurmuş.


Sən demə Doktor Məzahir Quliyev Azərbaycanda ilk dəfə olaraq burun əməliyyatlarını, daha doğrusu septoplastika(Burun daxilində əməliyyatlar, burun çəpər əyriliyi və s) və rinoplastika(Burun xaricində aparılan estetik əməliyyatlar) əməliyyatlarını YENİ cihaz ilə aparmağa başlayıb. Bu İtaliyan cihazı vasitəsilə burun sümükləri ultrasəs dalğaları hesabına işlənir. Məsələ burasındadır ki, bu cihazla burun əməliyyatı aparanda çəkic, iskənə və yumuşaq toxumaları da kəsən digər kəsici əməliyyatxana alətlərinə ehtiyac olmur. Belə ki, adətən rinoplastika zamanı burun arxasında olan donqarlıq, əyrilik və s. Bu kimi problemlər olanda burun sümüklərini çəkic, iskənə ilə qıraraq düzəldirlər. Bu zaman sümüklərlə yanaşı, yumşaq toxumalar o cümlədən xırda qan damarları da zədələndiyinə görə əməliyyatdan sonra göyərmə və şişkinliklər çox olur.


Lakin qəhrəmanımız LOR-Plastik cərrah Məzahir Quliyev rinoplastika və ya septoplastika əməliyyatlarını dünyada ən son edilən metodla-ağrısız, tamponsuz ultrasəs dalğaları ilə edir ki, nəticədə göyərmə və şişkinlik demək olar ki, olmur. Yeni cihazda yardılan ultrasəs dalğaları yalnız tərkibi kalsium olan sərt toxumaları kəsirmiş. Yumşaq toxumaları , damarları ,sinirləri, yəni əti kəsmir. Ona görə də əməliyyatdan sonra göyərmə, şişkinlik olmur. Beləliklə pasientlər də nəticədə bundan olduqca məmnun qalırlar. Əməliyyatdan sonrakı bərpa dövrü qısa olur, əmək fəaliyyətinə də pasiyentlər daha erkən qayıdırlar.
OXŞAR XƏBƏRLƏR