İstanbul Universitetində silahlı hücum: 1 nəfər öldü, 1-i yaralandı - VİDEO

İstanbul Universitetində silahlı hücum: 1 nəfər öldü, 1-i yaralandı - VİDEO
DÜNYA
11:40 09.05.2023
195
Türkiyədə İstanbul Universitetində silahlı hücum edilib.

Tibb fakültəsinin xəstəxanasında 4 həftədir müalicə alan D.S.(şərti ad), E.D.(şərti ad) tərəfindən silahlı hücumuna məruz qalıb. 

Ağır güllə yarası alan D.S. yerə yıxılıb. Bu zaman xəstəxana polisi və mühafizəçilərinin ona tərəf gəldiyini görən E.D. əlindəki silahla özünü öldürərək intihar edib. 

Hadisədən sonra polislər xəstəxana ətrafında mühafizə sistemini gücləndiriblər. 
Şahid Azad Arslanın sözlərinə görə, silahdan 3 dəfə atəş açılıb:

"Qəfildən 3 dəfə atəş səsi eşitdik. Sonra gördüm ki, adam qadını vurdu. Daha sonra isə silahı başına tutub intihar etdi". 
 
///BAKU.WS

OXŞAR XƏBƏRLƏR