İstanbula giriş dayandırıldı

İstanbula giriş dayandırıldı
SOSİAL
21:33 24.01.2022
1214
Güclü qar səbəbiylə bir sıra avromağistralllar vasitəsilə İstanbula giriş dayandırılıb.

Bu barədə Türkiyənin Avtomobil Yolları İdarəsi məlumat verib.

Məlumata görə, Anadolu və Trakyadan İstanbula giriş qadağan edilib.

Vəziyyətlə əlaqədar bütün nəqliyyat vasitələrinin Anadoludan İstanbula gələrkən Bursa, Yalova, İzmit, Kocaeli, Sakarya və Düzcedə müvafiq yerlərdə saxlanılacağı bildirlib.

Həmçinin, vətəndaşlara məcburi hallar istisna olmaqla, İstanbul istiqamətində yola çıxmamaları barədə xəbərdarlıq edilir.
OXŞAR XƏBƏRLƏR