İstanbula uçan “Buta” təyyarəsi təcili eniş etdi

SOSİAL
10:59 20.11.2019
6513
Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways”in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib. 

Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirmiş. Göyərtədə 104 sərnişin olub.

Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR