İstanbulda antiterror əməliyyatında deputatlığa namizəd saxlanılıb

İstanbulda antiterror əməliyyatında deputatlığa namizəd saxlanılıb
DÜNYA
20:40 26.04.2023
248
İstanbulda antiterror əməliyyatında Yaşıllar və Sol Gələcək Partiyasından (YSP) deputatlığa namizəd Aytən Dönmez saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə yerli "Milliyet” nəşri yazıb.

Qeyd olunub ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə şöbəsi Aytən Dönmezin xaricdə fəaliyyət göstərən PKK/KCK terror qruplaşmasında silahlı təlim aldıqdan sonra qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğunu müəyyən edib.

Polis bu gün səhər saatlarında Dönmezin Üsküdarda qaldığı ünvanda əməliyyat keçirib.

Həmçinin o da əlavə olunub ki, Dönmezə qarşı "silahlı terror təşkilatına üzv olmaq” və "terrorun maliyyələşdirilməsi” iddiaları ilə ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR