İstanbulun Qasımpaşa məhəlləsində intihara cəhd qeydə alınıb.
Azərbaycan vətəndaşı Neməddin A. küçə ilə hərəkət edərkən telefonda arvadı ilə mübahisə etməyə başlayıb.
Evinə çatdıqdan sonra o, bıçaqla özünə xəsarət yetirib.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları çağırılıb. Neməddin A.-nın xəstəxanaya yerləşdirildiyi bildirilir.
Polis intihara cəhdin səbəbləri haqqında əlavə məlumat açıqlamayıb.
///Oxu.Az