İstanbulda avtobus aşdı: Çox sayda yaralı var

İstanbulda avtobus aşdı: Çox sayda yaralı var
DÜNYA
23:10 09.08.2023
252
Eyüpsultanda İstanbul hava limanında çalışan personalı daşıyan servis avtobusunun aşması nəticəsində 29 nəfər yaralanıb.

Hadisə yerində zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Qəza axşam saatlarında Ağaçlı məhəlləsi, Ağaçlı kəndi yolu üzərində meydana gəlib. Avtobus sürücünün idarəetməni itirməsi nəticəsində altı metr hündürlükdən dərəyə yuvarlanıb.

Hadisənin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR