İstanbulda axtarışda olan iki qardaş saxlanıldı - “Əl-Qaidə”nin üzvü olublar

İstanbulda axtarışda olan iki qardaş saxlanıldı - “Əl-Qaidə”nin üzvü olublar
DÜNYA
13:19 24.01.2025
186
2018-ci ildə "Əl-Qaidə” terror təşkilatına üzv olmaqda təqsirli bilinən iki qardaş İstanbulda yaxalanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, terror təşkilatı "Əl-Qaidə"nin Türkiyə bölməsinə üzv olduqları iddiası ilə axtarışda olan iki şübhəlinin İstanbulda olması barədə məlumat alan İstanbul Terrorla Mübarizə qrupları Avcılarda 5 mərtəbəli binanın zirzəmisinə basqın edib.
 
Əməliyyatda L.B. (45) və S.B (51) adlı qardaşlar tutularaq saxlanılıb.
 
Şübhəlilər dindirilmək üçün İstanbul Terrorla Mübarizə Şöbəsinə aparılıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR