İstanbul Böyükşəhər Bələdiyyəsi Fəlakət Koordinasiya Mərkəzindən (AKOM) hava ilə bağlı xəbərdarlıq edib.
Sabah axşamdan etibarən şəhərdə fırtına və şiddətli leysan yağışları gözlənilir.
Fırtına ilə birlikdə qısamüddətli güclü tufan gözlənildiyi bildirilir.
Cənub-qərb küləyinin bu gün günorta saatlarında təsirini artıracağı, temperaturun 23 dərəcə ətrafında qalacağı bildirilir.
Açıqlamada bazar günü səhər saatlarından etibarən şəhərdə günəşli hava şəraitinin hökm sürəcəyi, temperaturun 21-24 dərəcə isti olacağı gözlənilir.