İstanbulda gərginlik pik həddə çatdı : 38 nəfər yaralandı - VİDEO

DÜNYA
15:18 01.05.2014
1184
İstanbulda 1 may - əmək gününü qeyd etmək istəyənlərlə polislər arasında toqquşmalar olub.AZXEBER.COM-un məlumatına görə, toqquşmalar nəticəsində 38 nəfər yaralanıb.Belə ki, yürüş iştirakçıları Taksim meydanına daxil olmaq istəyiblər. Polis qüvvələri yürüş iştirakçılarının meydana girişinin qarşısını alıb. Nəticədə nümayişçilər polisə daş və içərisində alışdırıcı maye olan şüşə qablar atıblar. Polis yürüş iştirakçılarına qarşı gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edib. Hazırda İstanbulda polis Taksim meydanına bütün girişləri bağlayıb.Mitinqdə Cümhuriyyət Xalq Partiyasından olan millət vəkilləri də iştirak edir.
OXŞAR XƏBƏRLƏR