İstanbulda güclü zəlzələ nəticəsində bina çöküb

İstanbulda güclü zəlzələ nəticəsində bina çöküb
DÜNYA
15:28 23.04.2025
199
İstanbulda baş vermiş 6.2 bal gücündə zəlzələ ilk dağıntıya səbəb olub.

Bu barədə "Haber Global"a istinadla məlumat verir.

Verilən xəbərə görə, meqapolisin Fatih rayonunda yerləşən üçmərtəbəli bina zəlzələnin təsirindən çöküb.

Hazırda hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, bu gün İstanbulda biri 6.2 maqnituda olmaqla azı dörd zəlzələ qeydə alınıb. Yeraltı təkanlar İstanbulda, həmçinin digər yaxın vilayətlərdə qorxuya və həyəcana səbəb olub. Bahçelievler rayonunda təşvişə düşən bir nəfər yaşadığı binanın eyvanından tullanaraq xəsarət alıb.

OXŞAR XƏBƏRLƏR