İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO

İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO
DÜNYA
15:39 19.10.2026
228
İstanbulun ən lüks alış-veriş mərkəzlərindın olan İstinye Park AVM-də Klodya Medina Halfon adlı şəxs hücuma məruz qalıb.

AZXEBER.COM xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə təxminən 20-25 nəfərdən ibarət qrupun Halfona etiraz etdiyi görünür.

Məlumata görə, AVM daxilində Fələstin bayraqları daşıyan qrup "Sionizmə ölüm!” şüarları səsləndirib. Qrupla Medina Halfon arasında yaranan şifahi mübahisə qısa müddətdə qarşıdurmaya çevrilib.

Radikal qrupun bəzi üzvlərinin qadına tərəf yönəldiyi, onu təhqir etdiyi daha sonra isə ətrafdakı şəxslərin də hadisəyə müdaxilə etdiyi bildirilir. Həmin xanım isə hücum edənlərə adekvat cavab verməyib. 

Baş verən gərginlikdən sonra İstinye Park AVM ehtiyat tədbiri olaraq boşaldılıb. Əraziyə çox sayda polis əməkdaşı və təcili tibbi yardım briqadası cəlb edilib.

Bu hadisə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilər yazıb ki, bir insanı, bir qadını dini və ya siyasi baxışlarına görə hədəfə almaq, ona qarşı aqressiya göstərmək insanlığa yaraşan davranış deyil. Heç bir inanc nifrəti, zorakılığı və təhqiri haqq qazandıra bilməz. 

Qeyd edək ki, Klodya Medina Halfon Türkiyə və İsrail vətəndaşıdır.
 
OXŞAR XƏBƏRLƏR