İstanbulda keçirilən aksiyalarda bugünədək 168 nəfər həbs olunub

İstanbulda keçirilən aksiyalarda bugünədək 168 nəfər həbs olunub
DÜNYA
17:15 30.03.2025
257
İstanbulda Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə keçirilən icazəsiz aksiyalarda indiyə kimi 268 nəfər həbs olunub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Saxlanılanların dəqiq sayı isə hələ məlum deyil. Son məlumatlara görə, etirazlarla bağlı olaraq iki minə qədər adam saxlanılmışdı.

Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində müxalifətin İmamoğluna dəstək məqsədilə mitinqləri və nümayişləri keçirilib. Aksiyalar xüsusilə İstanbul və Ankara şəhərlərini əhatə edib.
OXŞAR XƏBƏRLƏR