İstanbulda öldürülən Ceyhun Beyləqanlı görün KİM İMİŞ - TƏFƏRRÜAT / VİDEO

İstanbulda öldürülən Ceyhun Beyləqanlı görün KİM İMİŞ - TƏFƏRRÜAT / VİDEO
SOSİAL
13:30 03.09.2022
695
İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında silahlı insident yaşanıb.

AZXEBER.COM xəbər verir ki, Seyyid Ömer məhəlləsində yerləşən idman zalında bir nəfər güllələnərək öldürülüb. Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, idman zalında qətlə yetirilən şəxs Ceyhun Beyləqanlı adı ilə tanınan azərbaycanlıdır. Sosial şəbəkələrdə yayılan informasiyaya görə, o, kriminal aləmə yaxın şəxsdir. Onun Yadigar adlı digər azərbaycanlı tərəfindən qətlə yetirildiyi iddia edilir.

Türkiyə mediasında hələ ki, idman zalında güllələnən şəxsin kimliyi ilə bağlı məlumat yer almayıb.
OXŞAR XƏBƏRLƏR