İstanbulda meymunçiçəyi aşkarlanıb? - Səhiyyə rəsmiləri açıqladı

DÜNYA
12:50 11.09.2024
153
İstanbulda meymunçiçəyi xəstəliyinə yoluxmuş vətəndaşa rast gəlindiyi iddia olunub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə bölgə üzrə Səhiyyə rəsmiləri açıqlama verilib.
 
Açıqlamada bildirilib:
 
"Sosial şəbəkələrdə İstanbulun Beyoğlu bölgəsində əcnəbi vətəndaşın meymun çiçəyi xəstəliyinə tutulması xəbəri yayılıb. Həmin şəxs sağlamlıq protokollarına uyğun olaraq lazımi analizlər və tibbi müayinələr üçün xəstəxanaya yerləşdirilib.
 
Aparılan zəruri müayinə və analizlər nəticəsində həmin şəxsdə meymun çiçəyinin olmadığı müəyyən edilib.
 
Yoluxucu xəstəliklərin monitorinqi və nəzarəti üçün lazımi avadanlıq və imkanlara malik güclü səhiyyə infrastrukturumuz var. Bununla belə, sosial mediada yayılan mənşəyi naməlum xəbərlərə etibar etməməyinizi sizdən xahiş edirik".
 
Oksana

 
 
OXŞAR XƏBƏRLƏR