İstanbulda mitinq keçirmək qadağan edilib

İstanbulda mitinq keçirmək qadağan edilib
DÜNYA
21:14 07.09.2025
284
Türkiyənin İstanbul şəhərinin beş rayonunda kütləvi tədbir və mitinqlər sentyabrın 11-nə qədər qadağan edilib.

Bu barədə İstanbul vilayət administrasiyası məlumat yayıb.

Bildirilib ki, sentyabrın 10-u yerli saatla 23:59-a qədər Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında bütün mitinq, mətbuat açıqlaması, açıq hava toplantıları, aksiyalar, çadır qurma, stend açma və s. bu qəbildən olan bütün kütləvi tədbirlər ləğv olunub.

Qərarın səbəbi barədə məlumat paylaşılmayıb.
 
/report
OXŞAR XƏBƏRLƏR