İstanbulda “Nil timsahı” əməliyyatı keçirildi

İstanbulda “Nil timsahı” əməliyyatı keçirildi
DÜNYA
16:08 24.10.2023
234
İstanbulda Nil timsahının balasını qanunsuz yolla ölkəyə gətirən və evində saxlayaraq ticarəti ilə məşğul olan şəxs saxlanılıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Qaçaqmalçılıq ilə Mübarizə Müdirliyi qruplarına evdə timsah saxlandığı və internet üzərindən ticarət edildiyinə dair xəbər daxil olub.

Araşdırmalar zamanı şübhəlinin evində qanunsuz yolla ölkəyə gətirdiyi timsah balalarını bəslədiyi müəyyən edilib.

Onun yaşadığı ünvanda əməliyyat keçirilib, evdə aparılan axtarışlar zamanı 3 ədəd Nil timsahı balası aşkar edilib.

Nəsli kəsilməkdə olan növlərin ticarəti ilə bağlı müqavilə çərçivəsində ev şəraitində bəslənməsi qadağan edilən timsahlar müsadirə edilərkən, heyvanları bəsləyən şübhəli şəxs barəsində istintaq başladılıb.

Timsah balaları baytar nəzarətindən sonra "Təbiəti Mühafizə və Milli Parklar Müdirliyi” qruplarına təhvil verilib.

Aysel
OXŞAR XƏBƏRLƏR