Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda sənaye bölgəsində iş yerində partlayış baş verib.
AZXEBER.COM xariici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı "TRTHaber” yayıb.
Məlumata görə, partlayış nəticəsində1 nəfər ölüb, 3-ü ağır olmaqla 5 nəfər yaralanıb.
Hadisə yerinə çox sayda polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım heyəti cəlb olunub.
Qeyd edək ki, hadisəyə ilkin səbəb kimi oksigen balonunun partlaması göstərilir.
Mikayıl