İstanbulda partlayış törədən qadın bu ölkəyə qaçacaqmış - FOTO

İstanbulda partlayış törədən qadın bu ölkəyə qaçacaqmış - FOTO
DÜNYA
14:54 14.11.2022
1190
Türkiyənin İstanbul şəhərindəki İstiqlal küçəsində partlayış törətdikdən sonra ərazidən qaçan Suriya əsilli Əhləm əl-Bəşirin hansı ölkədə qaçmağa hazırlaşdığı üzə çıxıb.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə ictimaiyyəti ölkənin daxili işlər naziri Süleyman Soylu məlumatlandırıb.

O bildirib ki, PKK üzvü olan qadın həsb olunmasaydı Yunanıstana qaçaqdı.

Qeyd edək ki, Əhləm əl-Bəşir aldığı təlimat üzrə İstanbulda terror aktını həyata keçirib. Suriyalı olan terrorçu ilkin dindirmədə PKK ilə əlaqəsini etiraf edib və terror təşkilatının onu xüsusi kəşfiyyatçı kimi yetişdirdiyini bildirib.

Əhləm əl-Bəşirin yeri onu aparan şəxsin yaxalanmasından sonra reallaşıb. Hüquq-mühafizə orqanlarının həmin şəxsi dinrməsi zamanı qadın terrorçunun harada gizlənməsi üzə çıxıb.
 

 

 



OXŞAR XƏBƏRLƏR