İstanbulda qanlı mübahisə - 2 ölü, 1 yaralı

İstanbulda qanlı mübahisə - 2 ölü, 1 yaralı
DÜNYA
10:09 11.11.2025
100
İstanbulun Büyükçekmece səmtində avtomobildə dörd nəfər arasında mübahisə qan tökülməsi ilə nəticələnib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, şübhəli avtomobildəki insanları güllələyib və hadisə yerindən uzaqlaşıb.

Hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Məlumatı alan polis və təcili yardım işçiləri hadisə yerinə göndərilib. Polis qrupları ərazidə ciddi təhlükəsizlik tədbirləri görüb və ağır yaralı şəxs təcili yardımla xəstəxanaya aparılıb.

Xəstəxanada müalicə alan zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma davam edir.
OXŞAR XƏBƏRLƏR