İstanbulda Beylikdüzü Gürpınar sahilindəki piyada yolunda çökmələr davam edir.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Beylikdüzü Gürpınar sahilində piyada yolunda çökmələr günü-gündən artır.
Məlumata görə, təxminən 2 ildir çimərlikdə fasilələrlə gəzinti yolunda çökmələr yaranıb.
Bələdiyyə qrupları çökən nöqtələrə ponton yerləşdirərək tədbir görüb. Çimərliyə gələnlər piyada cığırından istifadə etmədən gəzintilərini yuxarıdakı səkidən davam etdiriblər.
Çökmə baş verən hissənin düz yanında yerləşən kafe diqqət çəkib. Kafenin dənizə yaxın hissəsində baş verən sürüşmə də diqqət çəkib. Mütəxəssislər bildiriblər ki, sahil zolağında çökmələrin səbəblərindən biri də beton dolguların yerə uyğun olmamasıdır.
İstanbul Universiteti Cerrahpaşa Mühəndislik fakültəsi müəllimi Süleyman Dalgıç məsələ ilə bağlı açıqlama verib:
"Bu əyilmələrin əsas səbəbi təbii dolğunun yaxşı aparılmamasıdır. Külək əsəndə dalğalar dolğun arasına girərək materialların bir hissəsini yenidən dənizə çəkir. Buna görə də boşluqlar əmələ gəlir. Bu, əslində həyat və əmlak təhlükəsizliyi üçün təhlükəlidir. Bu ərazilərin təcili olaraq abadlaşdırılması lazımdır.Təbii ki, başqa bir səbəb də bu ərazilərdən bir qədər yuxarıda sürüşmə sahələrinin olmasıdır.
Ayşən