İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu - Xəsarət alanlar var

İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu - Xəsarət alanlar var
DÜNYA
23:35 19.09.2025
208
İstanbul boğazında sərnişin bərəsi ilə yük gəmisi toqquşub.

İstanbul boğazında Beşiktaş-Üsküdar marşrutu üzrə hərəkət edən sərnişin gəmisi yük gəmisi ilə toqquşub.

Məlumata görə axşam saatlarında İstanbulun Üsküdar rayonunda sərnişin gəmisi Panama bayraqlı yük gəmisi ilə toqquşub. Hadisə nəticəsində sərnişin gəmisində olan 12 nəfər yaralanıb.

Qəzadan sonra hər iki gəmi boğazın nəqliyyat xəttindən uzaqlaşdırılıb. Yaralı sərnişinlər ətrafdakı xəstəxanalara yerləşdirilib. Qəza ilə bağlı araşdırma başladılıb.

Hadisə yerinə Sahil Mühafizəsi və Sahil Təhlükəsizliyi qrupları cəlb edilib.
 
/APA
OXŞAR XƏBƏRLƏR