Bir müraciət əsnasında İstanbul Büyükçekmecedə şikayət daxil olan evə gedən polis məmuru Cihat Ermiş silahlı hücumdan sonra ölüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Büyükçekmece Muratpaşa Mahalından şikayət alan polis qrupları həmin ünvana gedərək şübhəli şəxsin olduğu mənzilə girərkən silahla hücuma məruz qalıblar.
Hücum nəticəsində polis məmuru Cihat Ermiş ağır yaralanıb. Götürüldüyü xəstəxanada edilən müdaxilələrə baxmayaraq, Ermişi xilas etmək mümkün olmayıb və o şəhid olub.
Hücumu törətdiyi təsbit edilən 20 yaşlı M.B.Ç. O, silahla yaxalanıb və nəzarətə götürülüb. Hücum edən şəxsin müxtəlif cinayətlərə görə 32 cinayət qeydinin olduğu üzə çıxıb.
Ayşən