Türkiyənin İstanbul şəhərində siyasi vəziyyətin gərginləşməsi fonunda ölkədə genişmiqyaslı internet məhdudiyyətləri tətbiq olunub.
AZXEBER.COM xəbər verir ki, hazırda İstanbul şəhərində sosial şəbəkələrə və bəzi saytlara daxil olmaq mümkün deyil.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi mövzu ilə bağlı hələ rəsmi açıqlama verməyib.,
İnternet monitorinq xidmətləri problemin internet xidmət provayderlərinin (ISP) inzibati tədbirlər vasitəsilə xüsusi vebsaytlara və ya proqramlara giriş sürətini məhdudlaşdırdığı məqsədyönlü şəkildə ləngimə praktikasından qaynaqlandığını bildirib.