İstanbul polisi xüsusi əməliyyat keçirib.
Əməliyyat nəticəsində terror təşkilatı sayılan İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsinə (kommunistlər - red.) üzv olmaqda şübhəli bilinən 27 şəxs saxlanılıb.
Qeyd olunub ki, onların yaşadığı ünvanlarda çoxlu sayda təşkilata dair sənəd və rəqəmsal materiallar ələ keçirilib.
Saxlanılan 27 şübhəlidən 13-ü müvafiq iş üzrə həbs edilib.