İstanbulda ticarət mərkəzində müştərilərlə işçilər arasında qarşıdurma yaranıb.
AZXEBER.COM haberglobal-a istinadən xəbər verir ki, bir-birinə təpik-yumruqla hücum edən şəxslərin anları kameraya düşüb.
Məlumata görə, Başakşehirdəki "Mall Of İstanbul” ticarət mərkəzində müştərilərlə restoran işçiləri arasında söz-söhbət zəminində baş verdiyi iddia edilən mübahisə davaya çevrilib.
Qısa müddətdə ticarət mərkəzinin yeməkxanası döyüş meydanına çevrilərkən baş verən iğtişaş mobil telefon kameralarına düşüb.
Həmin görüntüləri təqdim edirik:
Mikayıl