İstanbulda törədilən terror aktı nəticəsində iki azərbaycanlı yaralanıb

İstanbulda törədilən terror aktı nəticəsində iki azərbaycanlı yaralanıb
SOSİAL
13:17 01.01.2017
6525
Yanvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 2 azərbaycanlı yaralanıb.
 
Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan "Report"un Türkiyə bürosuna verilən məlumata görə, yaralılardan biri qadın, digəri isə kişidir. Məlumata görə, onlar hadisənin baş verdiyi "Reina" gecə klubuna yaxın xəstəxanaya yerləşdiriliblər. Hazırda Baş Konsulluq Türkiyənin Səhiyyə Nazirliyi ilə yaralıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin "Report"a verdiyi məlumata görə, yaralılardan birinin – qadının vəziyyəti qənaətbəxş olduğuna görə, o artıq xəstəxanadan evə buraxılıb.
 

OXŞAR XƏBƏRLƏR