İstanbulda xəstəxanada baş verən yanğın söndürülüb

İstanbulda xəstəxanada baş verən yanğın söndürülüb
SOSİAL
21:49 05.04.2018
6528

İstanbulda xəstəxanada baş verən yanğın söndürülüb. 

Bu barədə Gaziosmanpaşa rayon bələdiyyəsinin sədri Hasan Tahsin Usta məlumat verib. 

Onun sözlərinə görə, yanğın tamamilə lokallaşdırılıb, xəstəxananın Reanimasiya şöbəsində müalicə olunan xəstələr də təxliyyə edilib. 

Əraziyə xeyli sayda yanğınsöndürən və xilasedici briqadalar cəlb olunub.

Yanğın nəticəsində ölən və yaralananların olmadığı, xəstəxananın Reanimasiya şöbəsindən başqa bütün tibbi personal və xəstələrin təxliyyə edildiyi bildirilir. 

///Report.az

OXŞAR XƏBƏRLƏR