İstanbulda yanğın - Xəsarət alanlar var

İstanbulda yanğın - Xəsarət alanlar var
DÜNYA
17:01 31.01.2017
947

İstanbulda yanğın böyük təşviş yaradıb.

İstiqlal küçəsində təmirdə olan binanın damında başlayan yanğın qısa zaman ərzində ətrafa yayılıb. Nəticədə içərisində kino zalı, restoran və bowling zalı olan binada da yanğın başlayıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürmə maşınları cəlb edilib. Yanğını söndürməyə çalışan sıravi vətəndaşlardan 2-si tüstüdən zəhərlənib. Huşunu itirən həmin şəxslər xəstəxanaya aparılıblar.

Yanğının baş vermə səbəbləri hələki məlum deyil.

 

 
///AzNews.az
OXŞAR XƏBƏRLƏR