İstanbuldakı partlayışda zərərçəkənlərdən 71 nəfəri xəstəxanalardan buraxılıb - FOTO

İstanbuldakı partlayışda zərərçəkənlərdən 71 nəfəri xəstəxanalardan buraxılıb - FOTO
DÜNYA
21:12 19.11.2022
199

Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində törədilən terror aktından sonra 71 nəfər xəstəxanadan buraxılıb, 10 nəfərin müalicəsi davam edir.

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə yazıb.

"Səkkiz nəfərin müalicəsi palatalarda davam edir, ikisi isə reanimasiyadadır", - nazir qeyd edib.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

 


 

OXŞAR XƏBƏRLƏR