“İstanbulu BMT-nin mərkəzinə çevirəcəyik” - Çavuşoğlu

“İstanbulu BMT-nin mərkəzinə çevirəcəyik” - Çavuşoğlu
SİYASƏT
09:15 07.04.2021
306
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkırla görüşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib.  

"BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri kimi Türkiyəyə ilk rəsmi səfərə gələn Volkan Bozkırla görüş keçirdim. Onun rəhbərliyi ilə pandemiyaya baxmayaraq, Baş Assambleyanın işi fasiləsiz davam edir”, - Çavuşoğlu yazıb.

Nazir vurğulayıb ki, Türkiyə BMT-də mühüm rol oynamaqda və Bozkıra dəstək verməkdə davam edəcək.

"Biz İstanbulu BMT-nin mərkəzinə çevirəcəyik”, - türk diplomatiyasının başçısı yazıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri V. Bozkır bu vəzifədə ilk rəsmi səfərini Türkiyəyə edib. Onun səfər çərçivəsində Azərbaycana gəlməsi də gözlənilir.
OXŞAR XƏBƏRLƏR