IV İslam Həmrəyliyi Oyunlarına sayılı günlər qalıb. Belə mötəbər yarışda
iştirak etmək hər bir idmançının arzusudur, ona görə də idmançılar ciddi
şəkildə bu Oyunlara hazırlaşırlar. Ağır Atletika Federasiyası Oyunlara
hazırlaşması barədə bizə Federasiyasının baş katibi Rizvan Rəsulov öz
müsahibəsində məlumat verdi.
AZXEBER.COM həmin müsahibəni təqdim edir:
- Son günlər Federasiyanızda müsbət tərəfdən dəyişikliklər oldu.
Dəyişikliklərin nəticəsi sizi qane edirmi?
- Federasiyanın inkişaf etməyi üçün hər zaman dəyişikliyə ehtiyacı var.
Federasiyanın Rəyasət heyəti üzvlərinin, həmçinin ağır atletlər,
məşqçilər və digər mütəxəssislərin iştirak etdiyi tədbirdə bütün yaş
qrupları üzrə yığma komandaların yeni məşqçi heyəti müəyyən
edilmişdir. Keçirdiyimiz iclasda yığma komandaların yeni heyəti
səsvermə yolu ilə müəyyən edildi. Komandalarımız kişilərdən,
qadınlardan, yeniyetmə və gənclərdən ibarətdir. Ümumilikdə 12
məşqçimiz var. Onların 10 nəfəri kişi, yeniyetmə və gənclər, 2
məşqçimiz isə qadın idmançılardan ibarətdir.
- Son illər ölkəmizdə idmanın inkişafı göz önündədir. Sizin
Federasiyada hansı inkişaf prosesi gedir?
- Ağır Atletika Federasiyası inkişafını artıq son illərdir ki, hər biriniz
görürsünüz. Biz ancaq irəliyə doğru, inkişafa doğru addım atırıq.
- Azərbaycan 12-22 May tarixində İslam Həmrəyliyi Oyunları Bakıda
keçiriləcək. Hər bir Federasiya bu layihəyə hazırlaşır. Sizin
hazırlıqlar necə gedir?
- Biz artıq keçən ildən özümüzü Oyunlara kökləmişik və Federasiya
olaraq çalışırıq. Məşqçilərimizin proqramı mövcuddur və o proqramla
məşqlərini davam edirlər. Artıq Oyunlarda iştirak etmək üçün bir neçə
turnir və yarışlardan yaxşı nəticə verməliyik, hal hazırda ona
hazırlaşırıq. Gələn həftə artıq Ukraynada keçiriləcək təlim məşq
toplanışına yola düşməyə hazırlaşırıq.
- Kimlərin çıxış edəcəyi bəllidirmi?
- Onu hələ demək çox tezdir. Biz onu qatıldığımız yarışlardan, keçdiyimiz
turnirlərin nəticəsindən biləcəyik. Ümid edirəm ki, yaxşı nəticəmiz
olacaq. İstedadlı, bacarıqlı, çalışqan idmançılarımız yetəri qədər var.
Ümüd edirəm ki, bunun da nəticəsi yaxşı olacaq.
- Yaş fərqi varmı?
- Yox, bizim idman növündə yaş fərqi qətiyyən yoxdur. Ola bilsin 15
yaşlı bir yeniyətmə dünya rekordçusu olacaq ki, bunun qarşısını yaşa
görə kəsə bilmərik!


