“İstefa verməsə, lazımi tədbirlər olacaq” - AFFA-nın baş katibi məğlubiyyətə dözmədi

“İstefa verməsə, lazımi tədbirlər olacaq” - AFFA-nın baş katibi məğlubiyyətə dözmədi
İDMAN
01:12 06.09.2025
316
Yığmamızın darmadağın olduğu oyundan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev media önünə çıxdı.

Qəzəbli görünən baş katib sözə belə başladı:

- İslandiyaya hörmətlə yanaşırıq. Amma İslandiya komandasına qarşı oynaya bilmiriksə, oyunun əvvəlindən müdafiədə qalırıqsa, altı-yeddi nəfərlə müdafiə olunuruqsa, bu öz problemimizdi, uşaqların - futbolçuların problemi deyil. Bizim səhvimizdi. Sistemi səhv qurduq. Baş məşqçi ev tapşırığını yerinə yetirməmişdi. Azərbaycan futboluna, xalqına yanaşma baş məşqçi tərəfindən qəbuledilməzdi. Gözləyirik ki, cənab Santuş nə deyəcək.

- Yəni siz istefa gözləyirsiz?
- Mən gözləyirəm ki, bu adam üzərinə götürdüyü məsuliyyəti düzgün anlasın.

- Santuş Portuqaliya millisindən sonra işlədiyi hər yerdən qovulub, öz xoşuna istefa verməyib. Qarşılığında da böyük təzminat alıb. İstefa verməsə, özünüz göndərəcəksiz?
- İstefa verməsə, lazımi tədbirlər olacaq. Məşqçidən düzgün addımı gözləyirik.
 
 
/Football-plus.az

OXŞAR XƏBƏRLƏR