İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib
SOSİAL
19:25 01.09.2022
191
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Aqro-Vest DC” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 10620 kq müxtəlif növ qida məhsullarını "Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edib.

Bu barədə AZXEBER.COM-a AQTA-dan məlumat verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
OXŞAR XƏBƏRLƏR