‘İstəməzdik ki, bu məsələ ilə bağlı milli ədavət qızışdırılsın’ - Polad Bülbüloğlu

SİYASƏT
00:03 17.10.2013
1820

Azərbaycan Zeynalovla bağlı Rusiyaya nota verəcək.

AZXEBER.COM məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı fövqəladə və səlayihətli səfiri Polad Bülbüloğlu Rusiyanın "Dojd" telekanalına müsahibəsi zamanı bildirib. 

"Biz XİN-ə nota hazırlamışıq. Sabah onu yola salacağıq. Biz ittiham edilənə, cinayəti gerçəkləşdirilməkdə şübhəli bilinənə konsul yardımı istəyəcəyik. Onun yanına vəkillər buraxılmalıdır. Lazım olsa, tərcüməçi buraxılmalıdır və hər şey hüquqi müstəvidə irəliləməlidir",- deyə Polad Bülbüloğlu vurğulayıb.

Onun sözlərinə görə, bu hadisədən xəbər tutan kimi Azərbaycanın Daxili İşlər Nazirliyinin Rusiyadakı nümayəndəsi Rusiya hüquq-mühafizə orqanlarını dərhal lazımi informasiyalarla təmin edib. “Hətta o da Rusiya hüquq-mühafizə orqanlarının diqqətinə çatdırıb k, qətldə şübhəli bilinən şəxs Azərbaycan vətəndaşı olduğundan Azərbaycana gedəcəyi təqdirdə, bütün lazımi tədbirlər görüləcək. Qeyd etmək istəyirəm ki, qətldə şübhəli bilinən şəxs Azərbaycanda axtarışda olmayıb. Onun güya Azərbaycanda da qətl törətdiyi və axtarışda olması haqda infomasiya tamamilə yanlışdır”.

Verilişin gedişi zamanı səfir bu iki hadisə - həmin oğlanın (Yeqor Şerbakov- red.) ölümü və hansısa tərəvəz bazası ilə bağlı hadisə fərqli-fərqli hadisələr olduğunu deyib. "Bütün bu əhvalat, mən deyərdim ki, isteriya KİV tərəfindən qızışdırılır".

Polad Bülbüloğlu mərhumun qardaşının və hadisə zamanı yanında olmuş qızın radio və televiziya vasitəsi ilə dedikləri ifadələrdən sitat gətirib: "İstəməzdik ki, bu məsələ ilə bağlı milli ədavət qızışdırılsın". Səfir deyib ki, gənc nəsil daha doğru çıxış edir.

Bəzi Rusiya dairələrinin Orxan Zeynalovun kriminal keçmişi barədə yaydığı xəbərlər barədə Azərbaycan səfiri daha sonra bildirib: "Bütün bunlar qəzet atmacasıdır… Məhkəmənin qərarına qədər bu barədə istənilən ehtimallar, istənilən söz və yumruq təhdidləri mənasızdır".

“Dojd”un əməkdaşı Orxan Zeynalovun tutulması proseduru ilə bağlı səfirə sual ünvanlayıb. “Biz gördük ki, Kolokoltsevin - Rusiya daxili işlər nazirinin qabağında, xalçanın üstündə, OMON-un əhatəsində diz çökdürülmüş adamı gördük... Həmin məqamda nə hiss etdiniz?!"

Polad Bülbüloğlunun cavabı belə olub: “Özümü çox pis hiss etdim. Birincisi, bu, bütün məhkəmə-prosesual məcəlləni pozur. Artıq internetdə hüquq müdafiəçiləri yazır ki, mütəhhimin hüquqları pozulub. O xaricidir və ona müvafiq qaydada yanaşılmalıdır. Hər şeydən öncə konsul dəstəyi, bir daha deyirəm, dil dəstəyi və vəkil dəstəyi təmin edilməlidir. İnsan günahkardırsa, ona yalnız qanunla nəzərdə tutulan cəza verilə bilər”.

Səfir baş verən hadisəinin adi bir məişət cinayəti olduğunu bildirib. “Moskva kimi bir meqapolisdə, yaxud da başqa meqapolislərdə belə hadisələr hər sutka baş verir. Bu, nadir hadisə deyil. Polis üçün adi iş günüdür. Siz baxın, bunun ətrafında necə bir isteriya yaratdılar. Bu gün Moskvada azərbaycanlı öldürüblər. Onun adı Qaraxanlı Ruslan Arif oğludur, 1987-ci ildə doğulub. Onu gündüz saat 13-də avtobus dayanacığında ölü halda tapıblar. İstintaq başlayıb. Heç kim heç nə bilmir… Mən sizə deyim ki, insanların sadəcə mili mənsubiyyətə görə öldürülməsi nadir məsələ deyil, adam sadəcə slavyan görkəmli deyil - öldürürlər döyürlər… Bizim Mehdiyev Mətin adlı şəxs 2012-ci ildə. 33 yaşı vardı. Arvadını uşaqla birlikdə doğum evindən gətiririb. Uşaq üçün nəsə almağa mağazaya getmişdi. Onu küçədə öldürdülər. Amma biz buna görə nümayiş keçirmədik”.

OXŞAR XƏBƏRLƏR