“İstənilən adamın telefonuna girə bilərdik” - DTX-nin həbs etdiyi kibercinayətkar

“İstənilən adamın telefonuna girə bilərdik” - DTX-nin həbs etdiyi kibercinayətkar
SOSİAL
09:09 05.03.2025
289
"ZeroMap” MMC-nin yerli və xarici şirkətlərə kiberhücümlar təşkil etmə ittihamı ilə həbs edilmiş icraçı direktoru Tural Əliyev hakim qarşısına çıxarılıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Tural Əliyev 2014-2018-ci illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yükləməklə cinayətkar plan həyata keçirməkdə ittiham olunur.

Bu kibertəhlükənin qarşısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən alınıb. Turalın yeri müəyyən edilərək saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 271.2.1-ci (kompyuter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə yekun ittiham elan edilib.
T.Əliyevin işinə hazırda Yasamal Rayon Məhkəməsində baxılır. 

İlk baxış iclasında əvvəlcə ittiham aktı elan edilib. 

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və komyuter sistemlərinə müdaxilə edib, mesajlarını oxuyub. 

Bundan əlavə, Tural kiberhücumlar nəticəsində Amerika və İsrail şirkətlərinin hamıya açıq olmayan məlumatlarına giriş əldə edib. 

Prosesin davamında müttəhim qısa ifadə verib. Tural üzərindəki ittihamların bəzilərini qəbul edib, özünü qismən təqsirli bilib. 
İfadəsindən görünür ki, Tural əvvəllər informasiya texnologiyaları sahəsində əhəmiyyətli layihələr üzərində işləyib. O, özünün yaratdığı casus proqramlarından bəhs edib: 

"Mən peşəkar haker sistemləri qurub, casus proqramlarından istifadə etmişəm. Bununla da ABŞ-yə də aid olan şirkətin sisteminə qanunsuz daxil olmuşam. Amma bunu nüfuz qarşılığında etmişəm, kiçik məbləğlərdə də pul almışam. Düzdü müdaxilə qanunsuz olub, amma Amerika saytına girməkdə məqsədim sistemi yoxlamaq idi”.

Turalın dediyinə görə, yaratdığı proqramları dövlət orqanlarına vermək istəyirmiş. Amma həmin proqramlar sınaqdan keçirilməlidiyi üçün bu mümkün olmayıb:
"Sınaqdan keçməyən proqramı qəbul etmirlər. Bunun üçün də Azərbaycanda olan bir şirkətin kompüter proqramına daxil olmuşam, lakin heç bir əməliyyat həyata keçirməmişəm. 

Onu da deyim ki, mən "Facebook”, "Google” və digər sosial şəbəkələrdə boşluqlar tapmışam. Bunun qarşılığında da mükafatlar almışam”.
Proses martın 18-i davam edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
23:57 12.03.2025
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
23:51 12.03.2025
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib
21:27 12.03.2025
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib-FOTOLAR
21:23 12.03.2025
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib-FOTOLAR