"İstənilən kişidən çox pul qazanıram" - xalq artisti əsəbiləşdi

"İstənilən kişidən çox pul qazanıram" - xalq artisti əsəbiləşdi
MAQAZİN
23:37 17.10.2016
8446
Əməkdar artist Elza Seyidcahanla müğənni Şəhla Həmidova arasında söz savaşına xalq artisti Aygün Kazımova da biganə qalmayıb.

Xalq artisti "10-dan sonra" verilişi ilə canlı bağlantı yaradaraq Ş.Həmidovaya cavab verib:

"Kimə nə aidiyyatı var mənim evim var, imkanım var. Neçə illərdir səhnədəyəm, səhnə təcrübəm var. Mən elə sənətçilər görmüşəm ki... lap şikəstinini də görmüşəm. Xəstə də görmüşəm, amma sənəti var deyə onu zirvələrə ucaldıblar. Əgər bir insanın sənəti varsa, o hər şeyə nail olacaq. Hansısa bir təbəqəyə gəlib çıxacaq. Gərək çox çalışasan. Yaradıcılığını tamaşaçı, dinləyiciyə daha çox çatdırmalısan. Özünü doğrultmalısan, sübut etməlisən. Amma kiminsə həyatda şansı gətirməyibsə, onun açıq-saçıq geyinməyə nə aidiyyatı var? Şəhla xanımın, gözəl sənətçimizin janrı başqadır. Axı o oxuduğu janrda açıq-saçıq geyinməyi də düzgün sayılmır. Mən Elzanın fikirlərini çox bəyəndim. Əgər bir insanın həyatı uğursuzdursa, onun açıq-saçıq geyinməyə nə aidiyyatı var? Muğam ifaçısının öz geyim tərzi var. Futbolçunun, güləşçinin, eləcə də estrada müğənnisinin öz geyim tərzi var. Birdə ki, səhnədə açıq-saçıq geyinmək üçün ona bədən quruluşu da uyğun gəlməlidir".

Ş.Həmidovanın halal pulla bu qədər şeyi əldə etmək mümkün deyil fikirlərinə xalq artistinin cavabı belə olub:

"Halal pulla deyəndə ki, kim kimin pulunu oturub sayır? Halaldır-haramdır, bunu Allah bilə bilər. Allah gül kimi istedad verib, qazanırıq da. Yeri gələndə istənilən kişidən çox pul qazanıram. Çünki çox da işləyirik. Gecə-gündüz işləyirik".

Xatırladaq ki, müğənni Şəhla Həmidovanın efirə səsləndirdiyi fikirlər həmkarları tərəfindən xoş qarşılanmayıb. O, bildirib ki, açıq-saçıq geyinməklə müğənnilər hər şeyi əldə edir. O, vurğulayıb ki, yaxşı şəraiti, imkanı halal pulla əldə etmək olmur. Kim əldə edibsə, haram yolla əldə edib.

E.Seyidcahan isə ona "Sən burdan o qədər insanı təhqir etdik ki? Evləri olan insanlar haram yolla pul qazanır?"
///big.az
OXŞAR XƏBƏRLƏR