"İstərdim anam mənimlə fəxr etsin" - Canan

"İstərdim anam mənimlə fəxr etsin" - Canan
MAQAZİN
12:14 03.09.2025
198
"İstərdim anam mənimlə fəxr etsin. Hər gecə onu yuxuda görürəm".
 
AZXEBER.COM xəbər verir ki, bunu "Xəzər axşamı" verilişinə açıqlamasında mərhum Əməkdar artist aygün Bəylərin qızı Canan deyib.
 
Malayziyanın Kuala Lumpur şəhərində keçirilən "World Scholar's Cup Global Round 2025" yarışında ölkəmizi təmsil edib medalla vətənə dönən Canan arzularını dilə gətirib:
 
"Düşünürəm ki, mənim yolum incəsənətdədir. Allah mənə bu yolu açıb və o yolla da gedəcəyəm. Musiqi ilə aram yaxşı olmasa da, rəssamlığı gözəl bacarıram. İnanıram ki, bu yolda qapılar üzümə açıq olacaq. Bu yolda isə ən böyük dəstəkçim xalam Aynur xanımdır. İstəyərdim ki, anam da mənimlə fəxr eləsin. Bunun üçün çox çalışmaq lazımdır. Dünyanın harasında olsam da, hər gün onun haqqında düşünürəm.  Hər gecə onu yuxumda görürəm, heç zaman ağlımdan çıxmır".
 
Aysel

 

OXŞAR XƏBƏRLƏR