"Məni daha çox aparıcı kimi görmək istəyirsiniz, amma bu istəyiniz ürəyinizdə qalacaq".
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif deyib.
Sosial şəbəkədə izləyiciləri ilə söhbət edən Murad yeni konsert və mahnılar hazırlığında olduğunu deyib:
"Deyirsiniz ki, məni daha çox aparıcı kimi görmək istəyirsiniz, amma mən də sizə deyim ki, bu istəyiniz ürəyinizdə qalacaq. Çünki mən yeni konsertlər və mahnılar üzərində çalışıram. Məni müğənni kimi də sevənlər var, onlar mənim üçün daha vacibdir. Bir mahnıma sözlər yazılır, biri aranjeman gözləyir, biri var ki, Aygün xanımla müzakirələr tələb edir... Bu mahnılar hamısı öz növbəsini gözləyir. Onları təqdim etmək üçün bütün şərait var, amma hər şey maliyyə deyil".
Aysel









































