AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hindistanda havanın temperaturunun 46 dərəcəyədək yüksəlməsi 25 nəfərin həyatına son qoyub.
Yüksək temperaturun əkinlərə və enerji resurslarına, eləcə də sağlamlığa mənfi təsir etdiyi vurğulanıb. Bununla yanaşı ölkənin şimalında ekstratropik tufanla bağlı sarı xəbərdarlıq ediblib.
Fırtınadan dərhal sonra ölkənin bəzi bölgələrində havanın temperaturunun bir müddət aşağı düşəcəyi gözlənilir. Haryana ştatı hökuməti həddindən artıq istilər səbəbindən ştatdakı bütün məktəblərin saatlarını dəyişdirmək qərarına gəlib. Ştatdakı bütün özəl və dövlət məktəblərində 1-12-ci sinifləri əhatə edən qərara əsasən, təhsil mayın 4-dən səhər saat 7-dən 12-dək davam edəcək.
Haryanadan başqa digər ştatlarda dərs saatları dəyişdirilib və ya dayandırılıb.
Dünyanın ikinci ən böyük buğda istehsalçısı Hindistanda təsirli olan isti hava kənd təsərrüfatı sektorunu da təhlükə qarşısında qoyub.
Ayşən