İsti havalarda bu qidadan uzaq durun - Dietoloqdan məsləhət

MARAQLI
21:54 04.08.2023
414
Dietoloq Natalya Kruqlova sağlamlığı qorumaq üçün isti havalarda düzgün qidalanmağın şərtlərini izah edib.

AZXEBER.COM xəbər verir ki, dietoloq ilk növbədə, qəhvə və digər kofeinli içkilərin miqdarını azaltmağın lazım olduğunu söyləyib. O bildirib ki, bunun səbəbi qəhvənin daha çox susuzlaşmaya səbəb olmasıdır. Həkimin sözlərinə görə, istidə qəhvə əvəzinə, faydalı mikroelementləri yüksək olan mineral sular seçmək daha doğrudur.
Dietoloq bu dövrdə qida rasionuna daha çox təzə tərəvəz və meyvələri daxil etməyi və yağlı ətdən imtina etməyi tövsiyə də edib. O, isti havalarda hazırlanmış yeməklərin soyuducuda saxlanmasının vacibliyini xatırladıb.

Şəbnəm

OXŞAR XƏBƏRLƏR