İsti suyun qiyməti artacaq? - Rəsmi açıqlama

İsti suyun qiyməti artacaq? - Rəsmi açıqlama
SOSİAL
13:17 28.11.2016
1328

"Azəristiliktəchizat” ASC Nazirlər Kabinetinin "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə” 18 noyabr 2016-cı il tarixli qərarı mətbuatda yanlış şərh edilib və bu da əhali arasında çaşqınlığa səbəb olub.

 

"Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, qərarda söhbət mərkəzi isitmə sistemindən getmir.

R. Əliyev nəzərə çatdırıb ki, mərkəzi isitmə sistemi ilə istiliklə təmin edilən yaşayış binaları və sosial obyektlər üçün tarif olduğu kimi qalıb. Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 4 saylı qərarı ilə mərkəzi istilik xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənir və bundan sonra da tənzimlənəcək: "Sadə dildə desək, "otoplenie” olan yaşayış binaları və sosial obyektlərə istilik xidmətləri yenə də dövlət tərəfindən tənzimlənəcək və bu sahədə qiymətlər dəyişməyib. Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 4 saylı qərarı ilə 1 m2 yaşayış sahəsi üzrə istilik xidməti aylıq 15 qəpik, qeyri-əhali üzrə (sosial obyektlər) 1 m3 isidilən həcm üçün aylıq 25 qəpikdir. Bu qiymətlər olduğu kimi qalır”.

R. Əliyev bildirib ki, söhbət sadəcə gələn il yanvarın 1-dən isti su tariflərinin dövlət tərəfindən tənzimlənmədən çıxarılmasından gedir: "Burada söhbət hamamda, mətbəxdə işlədilən isti sudan gedir. Ümumilikdə götürüləndə, Azərbaycanda belə isti su ilə təmin olunan binaların xüsusi çəkisi 2 faizdən artıq deyil. Rəqəmlə ifadə etsək, respublika üzrə cəmi 261 yaşayış binasına isti su verilir. Bu binaların da 129-u Bakıda yerləşir. Regionlarda isti su verilən binalar isə əsasən məcburi köçkünlər üçün tikilən binalardır. İsti su ilə təmin olunan səhiyyə, təhsil müəssisələrinin xüsusi çəkisi isə çox cüzidir, heç 1 faizə də çatmır. Bu müəssisələrin mütləq əksəriyyətində isti su əldə edilməsi ilə bağlı müstəqil, daxili sistem var. Beləliklə, söhbət yalnız respublika üzrə 261 yaşayış binasına və 1 faizə belə çatmayan sosial obyektlərə verilən isti sudan gedir. Bu gün isti suyun qiyməti əhali üçün 1 kub metrə 40 qəpik, qeyri-əhali qrupu üçün isə isti suyun 1 kub metr 1 manat 50 qəpikdir. Digər tərəfdən, burada söhbət heç də yanvarın 1-dən mütləq isti suyun qiymətinin artmasından da getmir. Sadəcə, gələn ildən isti suyun qiyməti dövlət tərəfindən tənzimlənməyəcək”. (APA)

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi