İstilik verilişi daha bir neçə gün davam edəcək - Rəsmi

İstilik verilişi daha bir neçə gün davam edəcək - Rəsmi
SOSİAL
14:14 15.04.2025
323
"Soyuq hava şəraiti ilə əlaqədar olaraq "Azəristiliktəchizat” ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri fəaliyyətini davam etdirəcək”.

AZXEBER.COM xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Elvin Basqallı bildirib.

E.Basqallının sözlərinə görə, mövcud hava şəraiti nəzərə alınaraq istilik təminatı daha bir neçə gün davam etdiriləcək.

Qeyd edək ki, ölkə ərazisində payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir. Qanunvericiliyə görə, bu gün istilik təminatı dayandırılmalı idi.
OXŞAR XƏBƏRLƏR