İstiqlal küçəsində baş verən hadisənin kim tərəfindən təşkil olunduğu məlum olub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, noyabrın 13-də İstiqlal küçəsində 6 nəfərin həyatını itirdiyi, 81 nəfərin yaralandığı hücumda bombanı Ahlam Albaşirə verən Bilal Hassan kod adlı Bilal Elhac Maoasın fotosu ortaya çıxıb.
İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları və Kəşfiyyat bölmələri Bilal Hassanin Ahlam Albaşiri Taksimə qoyduqdan sonra Ədirnəyə getdiyini müəyyən edib.
İstintaqlarda bir çox şübhəli yaxalanıb. Bilal Hassanın hazırda xaricə qaçdığı iddia edilib. Araşdırmalarda həmin terrorçunun əsl adının Bilal Elhac Maoas olduğu müəyyən edilib.
Xain terror aktının əsas fiqurlarından olan və bombanı Ahlam Albaşirə verdiyi bildirilən Bilal Elhac Maoasın qardaşı İstanbulda saxlanılıb.
Bilal Elhac Maoasın fotosunu təqdim edirik:
Ayşən