İstirahət günlərində hava necə olacaq? - PROQNOZ

İstirahət günlərində hava necə olacaq? - PROQNOZ
13:47 23.06.2012
1504
Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 19-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR