İstirahət mərkəzində bədbəxt hadisə: yeni toyu olan şəxs çayda boğuldu

SOSİAL
22:33 19.08.2019
9179
Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib.

AZXEBER.COM-un report-a istinadən məlumatına görə, hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.

İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib.

Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR