İstirahətə gedən cütlük balıqdan zəhərləndi – biri öldü

İstirahətə gedən cütlük balıqdan zəhərləndi – biri öldü
DÜNYA
13:40 15.09.2023
252
Fransanın Bordo şəhərindəki restoranlardan birində balıq yeyən turist cütlük zəhərlənmə səbəbiylə xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, restoranda balıq yedikdən sonra xəstəxanaya yerləşdirilənlər arasında 32 yaşlı qadın dünyasını dəyişib, ondan əlavə ən azı 8 nəfər xəstəxanaya yerləşdirilib.

Fransa Səhiyyə agentliyi epidemiyanı Bordodakı Tchin Tchin Wine Bar-da istehsal olunan evdə hazırlanmış sardina ilə əlaqələndirib.  

Bildirilib ki, "Botulizm” adlanan xəstəlik (Qida mənşəli botulizm ciddi və potensial olaraq ölümcül xəstəlikdir) insandan-insana keçmir və ümumi əhali üçün heç bir təhlükə yaratmır. Qidaların düzgün saxlanmaması halında bakteriyaların yaratdığı toksinlərin yaratdığı ciddi zəhərlənmə növüdür.

Qeyd edək ki, "Botulizm” toksini neyrotoksindir və buna görə sinir sistemini zədələyir. Qida mənşəli botulizm ifliclərə səbəb ola bilir və bu da tənəffüs çatışmazlığına səbəb ola bilər. Erkən simptomlara yorğunluq, halsızlıq, görmənin toranlaşması, ağızın quruması və danışma və udqunma zamanı çətinlik kimi əlamətlər aiddir. Qusma, ishal, qəbzlik əlamətləri də yarana bilər. Bu xəstəlik tənəffüs əzələləri və bədənin aşağı hissələrinin əzələləri zəiflədikdən sonra, boyun və qollarda da əzələ zəifliyinə səbəb ola bilir. 

Gülay
OXŞAR XƏBƏRLƏR