Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı

Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı
DÜNYA
14:15 06.08.2025
257
Türkiyənin Fəthiyə bölgəsinə istirahətə gedən gəncin meyiti tapılııb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sərxoş olduğu bildirilən 25 yaşlı Muhammet Ali Yavaş 7 metr hündürlükdən yıxılaraq həyatını itirib. 

İçkili vəziyyətdə olduğu və bir müddət əvvəl həbsxanadan çıxdığı bildirilən Yavaş naməlum səbəbdən təxminən 7 metr hündürlükdən yıxılıb. Ətrafdakıların xəbərdarlığından sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Müayinədən sonra Yavaşın öldüyü məlum olub. 

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR